28 fevral 2024, 12:30

Salyan rayonunun Qızılağac kənd sakinlərindən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkilərin nəticələri Azərbaycan xalqının Sizə sarsılmaz inam və etimadını, güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, istedadlı siyasətçi kimi qazandığınız nüfuzu bir daha nümayiş etdirdi.

Siyasi iradəniz, qətiyyətiniz, əzmkarlığınız, əvəzolunmaz liderliyiniz sayəsində xalqımıza qələbə sevinci bəxş etməklə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, gələcək inkişaf üçün daha geniş üfüqlər açmaqla haqlı olaraq ümumxalq məhəbbətini və rəğbətini qazanmısınız. Odur ki, xalq heç bir tərəddüd etmədən dövlətimizin taleyini və öz gələcəyini yenidən Sizə etibar etdi.

Cənab Prezident inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan qarşıdakı illərdə daha sürətlə inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Q.Həsənov

B.Yolçiyev

R.Əliyev

R.Gözəlov

R.Həsənov və başqaları (131 nəfər)

Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi