28 fevral 2024, 13:01
Fuad Qasımovdan, Göyçay, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Növbədənkənar prezident seçkilərində qalib gəldiyinizə görə Sizi öz adımdan və ailəm adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin siyasətiniz sayəsində biz 30 ildən sonra əbədi və əzəli torpaqlarımıza qovuşduq. Qarabağı azad görmək xalqımızın ən ümdə arzusu idi və Siz bu arzumuzu reallığa çevirdiniz. İşğaldan azad edilmiş torpaqlarımızda sürətlə həyata keçirilən quruculuq işlərini seyr etmək hər bir vətənpərvər azərbaycanlıya çox xoş təsir bağışlayır. İnanıram ki, bundan sonra da ölkəmiz Sizin idarəçiliyinizlə bir çox ilklərə, böyük nailiyyətlərə imza atacaqdır.
İşlərinizdə Sizə sonsuz uğurlar arzu edirəm.
Hörmətlə,
Fuad Qasımov
Azərbaycan Respublikası, Göyçay şəhəri.