28 fevral 2024, 13:11

Nuridə Bayramovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycana rəhbərlik etdiyiniz ilk gündən etibarən respublikamızda böyük quruculuq-abadlıq dalğası yaşanır. İşğaldan azad olunmuş torpaqlarımız başda olmaqla ölkəmizin bütün şəhər və rayonlarında möhtəşəm tikinti və quruculuq işləri aparılır. Əhalinin rifahının və yaşayış səviyyəsinin yüksəlməsi müşahidə edilir.

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir, bu müqəddəs və şərəfli yolda cansağlığı, güc-qüvvət bə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Bayramova Nuridə, Vətən müharibəsinin şəhidi Fərrux Bayramovun anası

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi