28 fevral 2024, 14:15

Şahin Qulamovdan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə və yenidən dövlət başçısı seçilməyiniz münasibətilə təbrik edirəm.

Prezident seçkilərinin Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının bütün suveren ərazisində keçirilməsi, xüsusilə də Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidə səs verməyiniz hamımızda böyük qürur hissi doğurdu. Bütün dünya qalib xalqın Müzəffər Lideri olduğunuzun bir daha şahidi oldu.

Əminik ki, qarşıya qoyduğunuz hədəflər, yorulmaz səyləriniz sayəsində ölkəmizin qüdrəti, beynəlxalq miqyasda nüfuzu daha da artacaq, xalqımız yeni-yeni zəfərlərlə sevinəcəkdir.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə böyük nailiyyətlər qazanaraq tərəqqi və inkişaf yolunda qətiyyətlə addımlayır. Bu yol Azərbaycanı gələcəyə aparan möhtəşəm zəfər yoludur.

Cənab Prezident, Sizi bir daha təbrik edir, ölkəmizin inkişafı, xalqımızın rifahı və yeni zəfərlərimiz naminə ali vəzifənizdə Sizə davamlı uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Qulamov Şahin

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.