28 fevral 2024, 14:25
Rasim Şahməmmədovdan, İsmayıllı, Azərbaycan
Çox hörmətli, dəyərli, bütün dünyaya sözünü deyən, tarix yazan, “dəmir yumruq”lu yenilməz Prezidentim!
Sizi özümün və ailəmin adından növbədənkənar keçirilən prezident seçkilərində qalib olmağınız münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Sizə bütün işlərinizdə yeni-yeni nailiyyətlər arzu edirəm.
Uca Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin. Amin!
Müasir Azərbaycan təlatümlü dəryada hədəfə doğru mətinliklə irəliləyən gəmiyə bənzəyir. Çünki onun sükanı çox etibarlı və möhkəm əllərdədir.
Yaxşı ki, varsınız mənim Liderim!
Hörmətlə,
Rasim Şahməmmədov
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.