Faiq Qələndərovdan, Şəki, Azərbaycan
Cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə Sizə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Azərbaycan xalqı Sizə etimad göstərməklə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi, sülhə, təhlükəsizliyə, firavanlığa, xoş rifaha səs verdi. Xalqın böyük ruh yüksəkliyi ilə iştirak etdiyi 7 fevral seçkiləri öz Liderinə olan sonsuz inamının ifadəsi idi. Vətəndaşlarımız sabitliyə, yüksəlişə, inamlı və dayanıqlı inkişafa, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə səs verdi. Onlar öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini məhz Sizin ölkəyə növbəti dəfə rəhbərliyinizdə gördü.
Xalqımız əmindir ki, Sizinlə nailiyyətlərimiz davamlı olacaq, yeni dövrdə qarşıda duran yeni vəzifələr uğurla yerinə yetiriləcək. Sizə bu çətin və şərəfli yolda nailiyyətlər arzu edirəm.
Hörmətlə,
Faiq Cəlil oğlu Qələndərov
Azərbaycan Respublikası, Şəki rayonu, Bolludərə kəndi