28 fevral 2024, 15:07

Daşqın Cəbiyevdən, Salyan, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Mən hər zaman Sizin gənclərə göstərdiyiniz qayğıdan bəhrələnmişəm. Bir gənc olaraq fəxr edirəm ki, qalib ölkənin vətəndaşıyam.

44 günlük Vətən müharibəsindəki zəfər sevincini bizə Sizin uğurlu siyasətiniz, yenilməz qətiyyətiniz yaşatdı. Apardığınız düzgün siyasət nəticəsində ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi prioritet məsələlərindəndir.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Cəbiyev Daşqın Elçin oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.