28 fevral 2024, 15:18
Mərdan Rzayevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu gün ölkəmizdə dini konfessiyalar arasında hökm sürən tolerantlıq bütün dünyaya nümunə göstərilir. Çoxmillətli və çoxkonfessiyalı bir ölkədə belə sağlam mühitin yaradılması sözsüz ki, Azərbaycan dövlətinin uğurudur. Azərbaycanda təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl dövlət-din münasibətləri bu gün Sizin tərəfinizdən qorunub saxlanılmaqdadır.
Bütün bunlar bir din xadimi olaraq məni qəlbən sevindirir. Sizin məqsədyönlü fəaliyyətiniz ölkəmizdə sabitliyin qarantıdır.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ulu Tanrıdan Sizə uzun ömür, cansağlığı arzulayıram.
Hörmətlə,
Mərdan Rzayev,
“Cümə” məscidinin dini icmasının sədri
Azərbaycan Respublikası, Ağcabədi şəhəri.