28 fevral 2024, 15:51

Seyidəzim Abdullayevdən, Şəki, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Apardığınız məqsədyönlü və düzgün siyasətinizə görə Azərbaycan xalqı Sizinlə fəxr edir. Rəhbərliyinizlə 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu.

Biz inanırıq ki, Sizin rəhbərliyinizlə başlanılan hər bir iş uğurla başa çatacaq və Vətən müharibəsində olduğu kimi bütün mübarizələrdə Azərbaycan xalqı qalib gələcək.

Bütün dualarımız Sizinlədir. Yenidən Prezident seçilməniz münasibətilə Sizi təbrik edir, bu şərəfli yolda cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Abdullayev Seyidəzim

Azərbaycan Respublikası, Şəki rayonu, Oxud kəndi