28 fevral 2024, 16:01

Sərhadin Həmidovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Dövlətini və xalqını çox sevən dünya şöhrətli, nümunəvi rəhbərimiz, yenidən Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə Allahdan uzun ömür, möhkəm cansağlığı, dövlətimizin və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Ali Baş Komandanlığınızla qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad etdi, xalqımız ən böyük arzusuna çatdı. Allah ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müzəffər Ordumuzu qorusun! Ali Baş Komandanımız, daim uca olasınız!

Üçrəngli bayrağımız hər zaman zirvələrdə dalğalansın!

Hörmətlə,

Sərhadin Oruc oğlu Həmidov

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.