28 fevral 2024, 17:05

İsmayıl Yuniszadədən, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin bütün uğurlarınız, qələbələriniz bizi çox sevindirir. 30 illik həsrətə son qoyan, böyük bir ləkəni alnımızdan silən Ali Baş Komandanımız, Sizin rəhbərliyinizlə ərazi bütövlüyümüzün bərpa edilməsi hər bir azərbaycanlı üçün fəxrdir.

Azərbaycanı zəfərdən-zəfərə aparan Prezidentimizlə – Sizinlə qürur duyuruq!

Sizə yorulmaz fəaliyyətinizdə uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

İsmayıl Akif oğlu Yuniszadə

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arabaçı kəndi.