28 fevral 2024, 17:30

Elvin İmanovdan, Daşkəsən, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri göstərdi ki, Azərbaycan xalqı öz xoşbəxt gələcəyini, firavan həyatını, ölkəmizin daha da inkişafını məhz Sizin uzaqgörən siyasətinizin davam etməsində görür. Xalqımız bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları görərək gəlib.

Ötən illərdə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, Sizin xalqa verdiyiniz bütün vədləri yerinə yetirdiyinizin şahidi oluruq. Siz qətiyyətli rəhbər kimi öz fəaliyyətinizdə dövlətin və xalqın maraqlarını hər şeydən uca tutmusunuz. Ona görə də bu gün Azərbaycan güclü, qüdrətli, nüfuzlu dövlətdir. Sizin müdrik rəhbərliyinizlə qalib dövlətimizin zəfərlərinin davamlı olacağına əminik. Ölkəmizlə bağlı yeni hədəflərinizin, ideyalarının həyata keçməsi istiqamətində gərgin səylərinizdə Sizə müvəffəqiyyətlər diləyirəm.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Elvin Nizami oğlu İmanov

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Qabaqtəpə kəndi