28 fevral 2024, 18:15

Həşim İsmayılovdan, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi – qalib xalqın, qalib Liderini Zəfər seçkisindəki parlaq qələbəniz münasibətilə ürəkdən təbrik edirəm. Qədim və müdrik Azərbaycan xalqı bir daha düzgün qərar verərək, Sizi özünün rəhbəri seçdi. Bu seçimin əsasında inam, güvən və görülən misilsiz işlər dayanır. Xalqımız Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycanın necə inkişaf etdiyini və qüdrətləndiyini çox yaxşı görür. İnanırıq ki, ölkəmiz Sizin rəhbərliyinizlə qarşıdakı illərdə daha böyük uğurlar qazanacaq, yeni-yeni zirvələr fəth edəcəkdir.

Sizə uzun ömür və can sağlığı arzu edirəm.

Azərbaycan xalqı daim Sizinlə birgədir.

Dərin hörmətlə,

Həşim İsmayılov

Azərbaycan Respublikası, Zaqatala rayonu, Sumaylı kəndi.