Salyanın Qarabağlı kəndinin sakinlərindən, Azərbaycan
Hörmətli cənab Prezident,
Fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər sübut etdi ki, ədalət hər zaman zəfər çalacaqdır. Sizin yenidən Prezident seçilməyiniz xalqımızın dəyərlərə bağlılığını və müdrikliyini bir daha nümayiş etdirdi. Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, həyata keçirdiyiniz sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsinə, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə ümumxalq dəstəyini sübut etdi.
Biz Qarabağlı kəndinin sakinləri olaraq Sizin həyata keçirdiyiniz strategiyanı dəstəkləyirik. Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.
Yaşasın güclü Azərbaycanımız!
Yaşasın müdrik Prezidentimiz!
Hörmətlə,
Yavər Ağahüseyn oğlu Orucov,
Həsən Ehtibar oğlu Abdullayev,
Vüqar Həsənqulu oğlu Mürsəlov,
Zahir Abbas oğlu Abbasov,
Xidmət Daşdəmir oğlu Orucov və başqaları (101 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.