29 fevral 2024, 11:45

Elgün Aslanovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Vətən müharibəsində tarixi bir zəfərə imza ataraq, adınızı şərəflə Azərbaycanın qələbə tarixinə yazdınız!

Fevralın 7-də ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanımıza keçirilən seçkilərdə qazandığınız qələbə Azərbaycan tarixinə zəfərlə düşdü.

Parlaq qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hörmətlə,

Aslanov Elgün, Azərbaycan Dövlət Aqrar Universiteti, kafedra müdiri

Azərbaycan Respublikası, Gəncə şəhəri.