Zakir Quliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək yenidən Azərbaycan dövlətinin başçısı seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə cansağlığı və ölkəmizi daim inkişafa aparan məqsədyönlü fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Müasir dövlətçilik və müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən zəfər seçkilərində xalqımızın mütləq əksəriyyəti Sizi dəstəkləməklə Ulu Öndər Heydər Əliyev siyasətinə, Sizin ölkəmizə qazandırğınız qələbələrə, əmin-amanlığa və firavanlığa səs verdi.
Son iyirmi il ərzində Sizin müdrik addımlarınızla Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilmiş, böyük iqtisadi uğurlara imza atmış və beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Sizin Ali Baş Komandanlığınız və xalqımızın Sizə olan inamı, məhəbbəti və dəstəyi ilə Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və 24 saatdan az davam etmiş lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Qalib xalqın qalib Lideri olaraq Zati-alinizin fevralın 7-də Xankəndidə səs verməsi hər birimizə böyük qürur hissi yaşatdı.
Möhtərəm cənab Prezident, Sizi bir daha inamlı qələbəniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, əvəzsiz fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Uca Tanrı Sizi və xalqımızı qorusun!
Dərin hörmət və ehtiramla,
Zakir Quliyev, Əməkdar mühəndis.
Azərbaycan Respublikası, Bakı şəhəri.