29 fevral 2024, 11:23
Qurban Nəzərovdan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz 200 illik torpaq həsrətimizə son qoyan, Şuşa, Laçın, Xocalı həsrəti ilə yaşayan Azərbaycan xalqına Xankəndi sevinci yaşadan, tarix yazan qalib Lidersiniz.
Qədirbilən xalqımız da bizə bəxş etdiyiniz qürur, sevinc hisslərinin dəyərini yüksək qiymətləndirib Sizi yenidən ölkə başçısı görmək istədi.
Sizi ailəmiz adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram
Allah Sizi qorusun!
Hörmətlə,
Nəzərov Qurban
Azərbaycan Respublikası, Lerik rayonu, Boradigah qəsəbəsi.