Təvəkgül İslamovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Növbəti zəfərlərin başlanğıcı olan bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisidir. Bu, eyni zamanda ötən 20 il ərzində gördüyünüz titanik işlərə, Azərbaycana möhtəşəm uğurlar qazandıran uzaqgörən siyasətinizə verilən dəyərdir.
Sizin möhkəm iradəniz, düşünülmüş siyasətiniz sayəsində ölkəmiz hər keçən gün daha da inkişaf edir. Rəhbərliyinizlə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi Sizin qətiyyətinizi, cəsarətinizi, əzminizi, eləcə də Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Biz hər zaman Sizin yanınızdayıq, müdrik siyasətinizi dəstəkləyirik və dəstəkləyəcəyik.
Ulu Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmətlə,
Təvəkgül İslamov
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqromühəndislik fakültəsinin
dekanı
Azərbaycan Respublikası, Gəncə şəhəri