29 fevral 2024, 09:46

Aqil Fətiyev və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını,cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi. Svgəsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın güclənməsi, beynəlxalq arenada mövqeyinin daha da güclənməsi istiqamətində atdığınız addımlara ümumxalq dəstəyini tam şəkildə təsdiq etdi.

Biz Kərimbəyli kənd sakinləri Sizin həyata keçirdiyiniz strategiyanı - Azərbaycan dövlətinin möhkəmlənməsini dəstəkləyir və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Yaşasın Cənab Prezident!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Kərimbəyli kəndinin 3300 nəfər sakini, 100 nəfər kənd ağsaqqalları və ziyalıları adından:

Fətiyev Aqil Kamil oğlu,

Səfərov Adil Sabir oğlu,

Vəliyev Nizami Zabil oğlu,

Vahidova Xoşbəxt Adil qızı,

İbadov Paşa Həbulla oğlu və başqaları (kollektiv – 100 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.