29 fevral 2024, 09:57
Sərdar Əsgərovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Növbədənkənar prezident seçkilərində böyük üstünlüklə qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi üzümün və ailəmin adından təbrik edir, Sizə möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Suverenliyini tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirilən prezident seçkilərinin nəticələri xalqın Sizə olan yüksək etimadının növbəti göstəricisidir. Tam əminik ki, Sizin rəhbərliyiniz ilə xalqımızı qarşıdan gələn illərdə də böyük nailiyyətlər gözləyir.
Yolunuz hər zaman açıq, qədəmləriniz mübarək olsun!
Hörmətlə,
Sərdar Əsgərov
Azərbaycan Respublikası, Gəncə şəhəri, Gülüstan qəsəbəsi.