29 fevral 2024, 10:18

Nicat İsmayılovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Siz Azərbaycana rəhbərlik etdiyiniz ötən iyirmi ildən artıq müddətdə gördüyünüz möhtəşəm işlərlə xalqımızın böyük inam və etimadını, rəğbətini, məhəbbətini qazanmısınız. Vətən, xalq qarşısında ən böyük xidmətiniz “Dəmir yumruğ”unuzla düşməni diz çökdürərək torpaqlarımızı işğaldan edib ölkəmizin ərazi bütövlüyünü bərpa etməyinizdir. Siz xalqımıza bütöv Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyin sevincini və qürurunu yaşatdınız.

Əziz Prezident, biz Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasəti dəstəkləyirik. Taleyüklü məsələlərin həllində Sizin müstəsna xidmətləriniz var. Hər zaman ətrafınızda sıx birləşəcəyik. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan gələcəkdə yeni-yeni zirvələr fəth edəcək, xalqımız daha xoşbəxt həyat yaşayacaq.

Uca Allah Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.

Hörmətlə,

Nicat Fətulla oğlu İsmayılov

Azərbaycan Respublikası, Abşeron rayonu, III dərəcəli Vətən müharibəsi əlili