29 fevral 2024, 10:51

Aqil Abasov və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Seçkilərdə qazandığınız qələbə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkinin nəticələri Azərbaycan xalqının Sizə sevgi və ehtiramını əks etdirir. Siyasi iradəniz, qətiyyətiniz, uzaqgörənliyiniz, əvəzolunmaz və mükəmməl liderliyinizin sayəsində xalqımıza, qələbə sevinci bəxş etməklə, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə, gələcək inkişafı üçün daha geniş üfüqlər açmaqla haqlı olaraq ümumxalq məhəbbətinə layiqsiniz.

Bu seçkilər Sizin ölkə vətəndaşları arasında danılmaz nüfuzunuzu göstərdi. Xalqımız Sizə dövlətin taleyini və öz gələcəyini etibar edir. Seçkilərdəki möhtəşəm qələbəniz Sizin güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, istedadlı siyasətçi kimi möhkəm nüfuzunuzun parlaq təsdiqidir. Sizi səmimi-qəlbdən təbrik edirik, böyük nailiyyətlər və uğurlar arzu edirik.

Hörmətlə,

Abasov Aqil Xanhüseyn oğlu,

Ağayev Azər Fərman oğlu,

Cəbrayılov Elşən Əhmədağa oğlu,

Əhmədli Fatimə Elşad qızı,

Cəfərova Gülnarə Arif qızı və başqaları (100 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Dayıkənd kəndi.