29 fevral 2024, 13:32

Əliəkbər Əhmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasiminizi böyük fəxrlə izlədik. Ali Baş Komandanlığınızla torpaqlarımızı işğaldan azad etməyiniz və həmin ərazilərimizdə də seçkilər keçirilməsi Sizin uzaqgörən siyasi uğurunuz, xalq olaraq hər birimizin fəxridir.

Bizə qalibiyyət yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz beynəlxalq aləmdə yüksək nüfuza, böyük hörmətə malik şəxsiyyətsiniz. Vətən müharibəsindəki şanlı qələbədən sonra nüfuzunuz daha da artdı. Sizin kimi Prezidentimiz olduğu üçün fəxr edirik.

Tarix yazan sərkərdəmiz, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Əliəkbər Fərman oğlu Əhmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.