Vidadi Əliyevdən, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddət ərzində Respublikamızda hər sahədə sürətli inkişaf tempi müşahidə olunmuşdur.
Cənab Prezident, Sizin rəhbərliyinizlə vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsi, iqtisadi inkişaf mühitinin formalaşdırılması istiqamətində atdığınız qətiyyətli addımlar sayəsində əhəmiyyətli irəliləyiş əldə edilib.. Ən əsası da ərazi bütövlüyümüz təmin olunub.
Bu gün işğaldan azad olunan torpaqlara sakinlərin qayıdışı bizi çox qürurlandırır. Müdrik və uzaqgörən siyasətiniz xalqımızda təhlükəsizliklə bağlı böyük əminlik yaradıb.
Cənab Prezident, Sizi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində yenidən ölkə başçısı seçilməyiniz münasibətilə təbrik edir, Azərbaycanın bundan sonra da Sizin rəhbərliyiniz altında daha çox uğurlar qazanacağına əminliyimi bildirirəm.
Hörmətlə,
Vidadi Əliyev, 1-ci qrup Vətən müharibəsi əlili.
Azərbaycan Respublikası, Abşeron rayonu.