29 fevral 2024, 14:58

Şəhid atasından, Daşkəsən, Azərbaycan

Əziz və hörmətli Prezidentim,

Siz xalqımızın yaddaşından heç vaxt silinməyəcək, tarixdə təkrar olunmayacaq əvəzsiz xidmətlərinizlə hamımızın qəlbini fəth etmisiniz. Mən şəhid atası olaraq, Sizə minnətdaram ki, “dəmir yumruğ”unuzla düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etdiniz, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə şəhidlərimizin qanını yerdə qoymadınız.

Tanrı həmişə Sizi müzəffər eləsin!

Fevralın 7-də keçirilən seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Vətənimiz Azərbaycanın yeni böyük uğurlar qazanması yolunda Sizə parlaq qələbələr arzulayıram.

Hörmətlə,

Abdullayev Qərib Həsən oğlu,

şəhid atası

Azərbaycan Respublikası, Daşkəsən şəhəri.