29 fevral 2024, 15:11

Səbri Əmrahovdan, Şabran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi öz adımdan və ailəm adından zəfər seçkisindəki tarixi qələbəniz münasibətilə təbrik edirəm. Mən də bir ziyalı kimi səsimi yekdilliklə Sizə, yəni müstəqil dövlətimizin gələcək inkişafına, daha da çiçəklənməsinə və stabilliyinin qorunmasına verdim.

Cənab Prezident, biz Sizə güvənir və gələcəyimizi Sizə etibar edirik. Sizə həsr etdiyimi şeiri icazənizlə diqqətinizdə təqdim edirəm:

 

Mənim səsim

Mən səs verdim zəfərə,

İşıqlı bir səhərə,

Xoş gələcək vəd edən

Qətiyyətli rəhbərə.

 

Mən səs verdim, inandım,

Səs mənim haqqım, andım,

Ali Baş komandanın

Dəstəyində dayandım.

 

Bu səs mənim güc dağım,

Düşmənlərə göz dağım,

Sevinir elim, obam

Sevinir Qarabağım.

 

Hörmətlə,

Səbri Əmrahov.

Azərbaycan Respublikası, Şabran rayonu.