29 fevral 2024, 15:36
Fuad İsmayılovdan, Oğuz, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən 6-cı sinif şagirdi və dərs əlaçısıyam.
Sizin bütün çıxışlarınızı diqqətlə və böyük maraqla dinləyirəm. Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan zəfərlər, misli görünməmiş qələbələr məndə heyranlıq doğururdu. Siz mənim kitablarda oxuduğum, tanıdığım sərkərdələrdən ən güclüsüsünüz.
Sizin yenidən Prezident seçilməyiniz məni çox sevindirdi. Sizi ailə üzvlərim və sinif yoldaşlarımın adından təbrik edirəm.
Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi Prezidentim var.
Hörmətlə,
İsmayılov Fuad
Azərbaycan Respublikası, Oğuz rayonu