29 fevral 2024, 15:49
Əzizə Çərkəzlidən, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin həyata keçirdiyiniz siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Siz vətəndaşların rifah halının gücləndirilməsi üçün yorulmadan çalışırsınız.
Siz Vətən müharibəsində qələbəmizin memarı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adınızı əbədi olaraq tarixə yazdırdınız. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdınız və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildiniz.
Sizi qalib xalqın qalib Lideri kimi prezident seçkilərində qazandığınız uğurlu qələbə münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Çərkəzli Əzizə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının əməkdaşı
Azərbaycan Respublikası, Şəki şəhəri