29 fevral 2024, 16:02

Səlimov Famil və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Ehtiyatda olan hərbçilər adından müraciət edərək Sizin – tarix yazan Sərkərdənin yenidən Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sadiq əsgərləriniz kimi Sizin – qalib xalqın qalib Ali Baş Komandanının hər zaman hər bir əmrinə hazır olduğumuzu bildiririk.

Sizinlə Azərbaycan daha gözəldir. Qazandığınız qələbə bizə yeni yaşamaq, qurmaq həvəsi verdi.

Azərbaycan xalqı bu seçkilərdə yeni qürurverici tarixini yazdı, onu daim zirvələrə aparan yolu seçdi, inkişafa, rifaha, əmin-amanlığa səs verdi.

Zəfərlərə davam!

Allah Sizi, Azərbaycanımızı, xalqımızı, qalib Ordumuzu qorusun!

Hörmətlə,

Səlimov Famil Duman oğlu,

Cəfərov Müşfiq Muxtar oğlu,

Əliyev Məhərrəm Şahmirzə oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi.