29 fevral 2024, 16:28
Günel Bayramovadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, böyük qürur hissi ilə, fəxarətlə növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi təbrik edirəm. Bir daha canlı şahid olduq ki, xalq Sizi necə sevir.
İnsanların seçki məntəqələrinə mənim Prezidentim deyərək axın etməsi, yollarda məntəqələrə tələsən yaşlıların sevinclə Sizin xalqımız üçün gördüyünüz işlərdən danışaraq getmələri, hər bir evdə uşaqdan böyüyə Sizin Qalib olmağınızı sevinclə gözləməsi bir daha Sizə olan etibarın və inamın bariz nümunəsidir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Günel Bayramova, təhsil işçisi.
Azərbaycan Respublikası, Göygöl rayonu, Balçılı kəndi.