29 fevral 2024, 16:41

Fatimə İmamverdiyevadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fevralın 7-də keçirilmiş prezident seçkilərində Sizin yenidən Prezident seçilməyinizə çox sevinirəm, sevincimin həddi-hüdudu yoxdur. Siz Ulu Öndərimiz Heydər babamızın davamçısısınız. Azərbaycan xalqının ən böyük arzusunu həyata keçirdiniz, torpaqlarımızı işğaldan azad etdiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir! Ulu Öndərimizə Allah rəhmət eləsin! Yeri cənnət olsun.

Hörmətli cənab Prezident, sayənizdə biz bu gün yeni, müasir məktəbdə təhsil alırıq. Sizin çıxışınızda dediyiniz bu sözləriniz bizim üçün şüardır: “Şagirdlər bilməlidirlər ki, həyatda yaxşı yer tutmaq və Vətənə daha böyük fayda gətirmək üçün yaxşı oxumalıdırlar”.

Mən fəxr edirəm ki, Sizin Prezident olduğunuz ölkədə yaşayıram. Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm. Prezidentlik vəzifənizdə uğurlar arzulayıram. Üzünüzdən təbəssüm əskik olmasın!

Hörmətlə,

Fatimə İntiqam qızı İmamverdiyeva, 8-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.