29 fevral 2024, 16:54

Şəhriyar Maxsudovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir kəndli, kiçik fermer olaraq Sizi ürəkdən təbrik edirəm.

Fermerlərə göstərdiyiniz diqqət və qayğı hər zaman göz qabağındadır. Sizin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyünüz işlər təqdirəlayiqdir. Hər zaman yumruq kimi birləşərək Sizin yanınızdayıq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Şəhriyar Maxsudov, fermer.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Cülyan kəndi.