Fuad Hüseynzadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin fevralın 7-də keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyətinin səsini toplayaraq növbəti müddətə Prezident seçilməyiniz xalqımızın öz rəhbərinə olan sarsılmaz inam və etimadının əyani göstəricisidir. İnamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımız Sizi Prezident seçməklə daha parlaq gələcəyə, firavanlığa, tərəqqiyə doğru önəmli bir addım atdı.
Bu gün Vətənimiz Azərbaycan Sizin düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bölgədə və dünyada güclü mövqeyə malikdir. Sizin rəhbərliyinizlə ölkəmiz mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa böyük töhfə verir.
7 fevral seçkiləri respublikamızın həyatında yeni mərhələnin başlanğıcıdır. Qarşıda bizi yeni hədəflər və uğurlar gözləyir. Bu hədəflərin həyata keçməsi, o cümlədən iqtisadi tərəqqinin sürətlənməsi, demokratik institutların daha da inkişafı və möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması istiqamətində yorulmaz və çoxşaxəli fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanı qarşıdakı illərdə yeni zəfərlər gözləyir.
Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm.
Hörmətlə,
Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri