Elman Cabbarovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Növbədənkənar prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Qalib xalqa qalib Lider yaraşır. Sizin düşünülmüş siyasətiniz, diplomatik istedadınız nəticəsində Azərbaycan güclü və qalib dövlətə çevrildi, xalqımız dünya miqyasında müzəffər xalq kimi tanındı.
Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışınız zamanı dediyiniz bu sözlər bizim üçün həyat devizidir: “... Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq!”.
Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Bu yolda ölkə başçısı kimi Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi qorusun!
Hörmətlə,
Elman Yusif oğlu Cabbarov
Azərbaycan Respublikası, Şəki rayonu, Qoxmuq kəndi.