29 fevral 2024, 17:58

Murad Pənahovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

İlk öncə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ailəmlə birlikdə təbrik edirik. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin!

Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da güclənəcək, beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır.

Cənab Prezident, ölkəmizin tərəqqisi, xalqımızın firavan həyatı naminə atacağınız qətiyyətli addımlarda yeni-yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Murad Pənahov.

Azərbaycan Respublikası, Quba rayonu.