01 mart 2024, 09:52

Seyran İsmayılovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizi növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Qalib xalq Sizə - qalib Prezidentə Sizi bir daha qalib etdi. Biz səsimizi Şuşanı, Xankəndini, Ağdamı, Cəbrayılı, Xocalını, Laçını, Kəlbəcəri, Qubadlını 44 günə qaytaran, xalqımızı qalib və xoşbəxt edən bir Sərkərdəyə səs verdik.

Sizə cansağlığı, güclü Azərbaycan naminə bol enerji, qüvvət arzulayıram.

Hörmətlə,

İsmayılov Seyran, təhsil işçisi

Azərbaycan Respublikası, Lerik rayonu, Çayrud kəndi