01 mart 2024, 10:31
Sayad Zalovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Siz ölkəmizi və xalqımızı qorumaq üçün yorulmadan fəaliyyət göstərirsiniz. Başımız üzərindəki dinc və aydın səmaya görə Sizə təşəkkür edirik. Sizin rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi nailiyyətlərlə fəxr edirik.
Hörmətli cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, gərgin əməyinizdə müvəffəqiyyətlər, xalqımıza daim sülh və əmin-amanlıq, firavan həyat arzulayıram.
Hörmətlə,
Sayad Rəsul qızı Zalova, şəhid bacısı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.