01 mart 2024, 10:57
Günay İlyasovadan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan Respublikası Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inamla inkişaf edir. Yüksək peşəkarlıq, qətiyyət və məqsədyönlülük sayəsində ölkədə iqtisadi, sosial, mədəni tərəqqi, sabitlik təmin edilib.
Cənab Prezident, Siz bizim qürurumuz, dayağımız, bu günümüz və sabahımızsınız!
Hörmətlə,
Günay İlyasova, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.
Azərbaycan Respublikası, Şəki şəhəri.