İsmayıl İsmayılovdan, Hacıqabul, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi yeni qələbəniz münasibəti ilə ürəkdən təbrik edirəm. Suveren hüquqlarını tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz hər birimizi sevindirdi. Siz xalqın pənah ünvanı, inam yerisiniz.
Möhtərəm Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ölkəmiz sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir. Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz təqdirəlayiqdir.
İnanırıq ki, siyasi kursunuzla irəliləyən Azərbaycan qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcəkdir.
Qələbəniz mübarək olsun, əziz Prezidentimiz!
Allah Sizi və bütün xalqımızı qorusun!
Hörmətlə,
İsmayıl İsmayılov
Azərbaycan Respublikası, Hacıqabul rayonu, Abdulabad kəndi.