Famil Rəhimovdan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Zaqatala gəncləri adından təbrik edir, siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikasının yeni zirvələr fəth edəcəyinə əmin olduğumuzu bildirmək istəyirik. Sizin ölkəmizin gələcək inkişafı ilə bağlı planlarınız bizim hər birimizi ilhamlandırır.
Prezidentliyiniz dövründə vətənimiz Azərbaycan uğurların və sabitliyin parlaq nümunəsinə çevrilmiş, regionda və onun hüdudlarından kənarda öz rolunu və əhəmiyyətini gücləndirmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir.
Cənab Prezident, bir daha Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik. Sizin rəhbərliyiniz altında Azərbaycanın inkişafı, tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli və məsuliyyətli vəzifənizdə müvəffəqiyyətlər, yeni-yeni nailiyyətlər və möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Zaqatala gəncləri adından:
Famil Rəhimov.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Car kəndi.