01 mart 2024, 13:19

Mehman Feyzullayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməniz münasibətilə təbrik edir, uğurlar və yeni nailiyyətlər arzulayıram.

Əziz Prezidentimiz, ailə üzvlərimlə birlikdə o qədər qürur hissi keçiririk ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Xalq Sizə inanır və Sizi çox sevir.

Siz təkcə erməni işğalçılarına deyil, bütün dünyada bu separatçıları dəstəkləyən rejimlərə qalib gəlmisiniz.

Ulu öndər Heydər Əliyevin və Zərifə xanımın ruhları şaddır. Sizin kimi övlad yetişdirdiklərinə görə xalqımız hər gün onların ruhuna rəhmət oxuyur.

Sevindirici haldır ki, gənclər və uşaqlar, o cümlədən mənim 10 yaşlı oğlum Sizə oxşamağa, hər şeydə Sizdən nümunə götürməyə çalışır.

Bir daha təbrik edir, daha yüksək zirvələr arzulayıram.

Hörmətlə,

Feyzullayev Mehman

Azərbaycan Respublikası, İsmayıllı rayonu