Aslan Aslanovdan, Bakı, Azərbaycan
Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Müdrik Prezident, Müzəffər Ali Baş Komandan, qüdrətli sərkərdə olaraq Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikasının 30 illik işğaldan azad olunmuş ərazilərində də böyük uğurla keçirilən seçkilər Qarabağ Zəfəri, ölkəmizin suverenliyinin bərpa olunması kimi qələbələrlə birgə çoxəsrlik Azərbaycanın tarixi salnaməsinə yeni şərəfli səhifə kimi yazıldı, gələcək nəsillər üçün gözəl bir ərməğan oldu.
Ona görə də bu gün hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı ümumxalq səsverməsi ilə qazanılmış şanlı qələbənin sevincini yaşayır, haqlı olaraq qürur hissi keçirir.
Xalqımız fəxr edir ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir, müstəqil Azərbaycan Respublikasını Siz dünyanın qüdrətli dövlətlərindən birinə çevirdiniz. Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi müdrik Prezidenti, Müzəffər Ali Baş Komandanı vardır.
Cənab Prezident, ümumxalq səsverməsi bir daha təsdiq etdi ki, xalqımız Sizə qəlbən inanır, öz taleyini alternativsiz Liderinə etibar edir. Azərbaycan xalqı inanır ki, dünya miqyasında güclü ölkələr sırasında olan respublikamız Sizin müəllifi olduğunuz yeni-yeni inkişaf modelləri və intellektual brendləri ilə inkişaf etmiş ölkələr sırasında bundan sonra da böyük uğurla addımlayacaqdır.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.
Uca Tanrı sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Aslan Aslanov
Əməkdar mədəniyyət işçisi, jurnalist