Qabil Qasımovdan, Qəbələ, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm. Xalqımız Sizə yenidən yüksək etimad göstərməklə ona Zəfər sevinci yaşadan, başucalığı gətirən müdrik Liderini və onun uzaqgörən siyasətini tam dəstəklədiyini nümayiş etdirdi.
Güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkənin özünü təsdiqləməsi, inkişaf etməsi və beynəlxalq aləmdə nüfuz qazanması mümkünsüzdür. Azərbaycan bu böyük uğurlara məhz Sizin uzaqgörənliyiniz, qətiyyətiniz, əzminiz, cəsarətiniz sayəsində nail olub. Siz öz müdrik siyasətinizlə vaxtilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdiniz. Fəxr edirik ki, bu gün Azərbaycan beynəlxalq miqyasda öz sözünü deyən, sayılıb-seçilən, rəyi ilə hesablaşılan, qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı olan ölkədir.
Cənab Prezident, gördüyünüz işlər, həyata keçirdiyiniz islahatlar Azərbaycanın daha da inkişaf etdirilməsi, vətəndaşların rifahının daha da yaxşılaşdırılması məqsədini daşıyır. Sizin kimi Vətənini, xalqını sevən qayğıkeş Prezidentimizin olması ilə qürur duyuruq. Hər zaman yanınızdayıq.
Qalib xalqın qalib Lideri, Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Qabil Qasım oğlu Qasımov
Azərbaycan Respublikası, Qəbələ rayonu, Həmzəlli kəndi