01 mart 2024, 14:13

Pərvin Məmmədovdan, Zaqatala, Azərbaycan

Əziz Prezidentimiz,

Sizi növbədənkənar prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilməyiniz münasibətilə təbrik edirəm. Bu qələbəniz xalqın Sizə olan güvən və etimadının ötən illər ərzində daha da artdığını göstərdi. Ali dövləti vəzifənizdə ilk günlərdən başlayaraq nümayiş etdirdiyiniz yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətiniz Sizə olan sarsılmaz inamı şərtləndirən başlıca amillərdir.

Sizin rəhbərliyinizlə Azərbaycan son 20 ildə əsrə bərabər inkişaf yolu keçib. Ona görə də Siz böyük rəğbət bəslənilən və etimad göstərilən alternativsiz Lidersiniz. Əhalinin gündən-günə rifahının yüksəlməsi, ölkəmizin sürətli inkişafı, beynəlxalq arenada nüfuzunun artması ilə bağlı həyata keçirdiyiniz nəhəng işlərə görə Sizə minnətdarıq. Sizinlə qürur duyan Azərbaycan xalqı “Dəmir yumruğu”nuz ətrafında sıx birləşib.

Möhtərəm Prezident, 7 fevral seçkiləri Azərbaycan üçün yeni dövrün başlanğıcıdır. Cəmiyyətimizdəki sağlam ictimai-siyasi mühit, möhkəm təməllərə əsaslanan xalq-iqtidar birliyi, ən əsası Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycanı bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacağınıza inanırıq. Sizə bununla bağlı ideyalarınızın və hədəflərinizin həyata keçməsində uğurlar diləyirəm.

Hörmətlə,

Pərvin Sixamir oğlu Məmmədov

Azərbaycan Respublikası, Zaqatala şəhəri