Toğrul Əsgərovdan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyinizlə bu gün Azərbaycan xalqı xoş əhvali-ruhiyyə ilə firavan həyat yaşayır. Əldə olunan bütün uğurlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir. Dövlətimizin başçısı kimi 20 illik fəaliyyətiniz dövründə Azərbaycan mühüm nailiyyətlər əldə etmişdir. Sizin rəhbərliyinizlə respublikamızda uğurlu siyasət həyata keçirilir. Azərbaycanın sürətli inkişafı bütün sahələrdə özünü göstərir. Siz Azərbaycan xalqına verdiyiniz bütün sözlərin üzərində durdunuz, dövlətimizin milli maraqlarını müdafiə etdiniz, xalqımızın əbədi sevgisini qazandınız.
Hörmətli cənab Prezident, seçkilərdə böyük səs çoxluğu ilə qalibiyyət əldə etməyiniz xalqın Sizə olan inamından və dəstəyindən irəli gəlir. Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı, gələcək fəaliyyətinizdə güc-qüvvət arzulayıram.
Hörmətlə,
Toğrul Etibar oğlu Əsgərov
Azərbaycan Respublikası, Naftalan şəhəri.