01 mart 2024, 15:33

Könül Hüseynovadan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Fevralın 7-də keçirilən seçkilər Sizin möhtəşəm qələbənizlə başa çatdı. Siz bir daha dövlətçiliyimizin ən şərəfli səhifələrindən birinə imza atdınız. Bugünkü Azərbaycanla əvvəlki illərdəki Azərbaycan arasında fərq müqayisəolunmazdır. Sizin düşünülmüş, əsaslandırılmış siyasətiniz nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə özümün və ailə üzvlərimin adından təbrik edir, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Hüseynova Könül

Azərbaycan Respublikası, Saatlı rayonu, Gomuşlu kəndi