01 mart 2024, 16:41

Osman Sultanovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edirəm. Xalqımız Sizi yenidən Prezident seçməklə daha xoşbəxt gələcək naminə uğurlu daxili və xarici siyasətinizin davamlı olması arzusunu ifadə etdi. Bu qələbəniz həm də ötən iyirmi ildə Vətən və xalq qarşısındakı əvəzolunmaz xidmətlərinizə görə Sizə edilən minnətdarlığın ifadəsidir.

Son iyirmi ilin tarixi göz qabağındadır. Biz ötən dövrdə Azərbaycanda gedən misilsiz inkişafın, ölkəmizin necə böyük uğurlar əldə etməsinin şahidi olmuşuq.
Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının yaxşılaşması, bütün sahələrdə köklü islahatların aparılması ilə yadda qalıb.
Bir sözlə, son iyirmi il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Siz bu illər ərzində verdiyiniz hər bir vədi yüksək səviyyədə yerinə yetirdiniz.
Ali Baş Komandan kimi rəhbərliyinizlə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz il işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi və bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Cənab Prezident, Sizin rəhbərliyinizlə nailiyyətlərimizin davamlı olacağına, bizə hər zaman zəfər dolu sevincli, fərəhli günlər yaşadacağınıza əminik. Var olun!

Hörmətlə,

Osman Həsən oğlu Sultanov

Azərbaycan Respublikası, Şəki rayonu, Şorsu kəndi