01 mart 2024, 17:34

Əflan İbrahimovdan, Qobustan, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan xalqının uğuru və şansı ondadır ki, Milli Öndərimiz özündən sonra dövlətimizin müstəqilliyini, sərhədlərimizin bütövlüyünü, milli həmrəyliyimizi qoruyub saxlaya biləcək Sizin kimi bir varis qoyub.

Respublikanın qazandığı uğurların davamı və inkişafı məhz Sizin sayənizdə daha parlaq inkişaf zirvəsindədir. Əminik ki, Azərbaycanımız Sizinlə daha böyük zirvələr fəth edəcəkdir.

Cənab Prezident, Sizin Azərbaycan dövlətçiliyi üçün gördüyünüz işlər bütün xalq tərəfindən bəyənilir və dəstəklənir.

Ölkəmizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

İbrahimov Əflan

Azərbaycan Respublikası, Qobustan rayonu