Süleyman Ağayevdən, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının kollektivi adından səmimi-qəlbdən təbrik edirik.
Ulu Tanrının qisməti ilə Siz Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etdiniz. İlk dəfə olaraq, prezident seçkiləri bütöv Azərbaycanda keçirildi. Sizə sonsuz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Həmişə Sizi dəstəkləyir və yanınızdayıq.
Cənab Prezident, Uca Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
ULU TANRI yar və yardımçınız olsun!
Hörmətlə,
Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının kollektivi adından:
Süleyman Ağayev, Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Muğanlı kəndi.