01 mart 2024, 17:54
Qudurət Xəlilovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi yenidən Prezident seçilməyiniz münasibətilə kənd ağsaqqalları adından təbrik edirik.
İyirmi illik prezidentlik fəaliyyətiniz dövrü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Siz, otuz illik Qarabağ həsrətinə, nisgilinə son qoyaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdiniz. Çox sağ olun! Allah Sizi həmişə var eləsin!
Cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Şəki rayonunun Birinci Biləcik kəndinin ağsaqqalları adından:
Qudurət Xəlilov.
Azərbaycan Respublikası, Şəki rayonu, Birinci Biləcik kəndi.